ət basmaq

to grow very fat / to be oozing fat / to grow stout (of persons getting fat because of their life of idleness) заплыть жиром / лопаться от жира (сильно полнеть)
əsmə! (qorxma!)
Ət ilə dırnaq arasına girən iylənib çıxar.
OBASTAN VİKİ
Ət
Ət — canlılarda sümüklə dəri arasında maddə. Ət dedikdə hər şeydən əvvəl skelet əzələləri və onlara birləşmiş yağ və toxumalar başa düşülür. Bəzən dil, qaraciyər, böyrək, beyin, ürək, diafraqma, baş əti və qida borusu da ət adlanır. Bir çox heyvan, quş və balıq ətindən qida məhsulu kimi istifadə olunur.
Turşulu ət
Ət-Tirmizi
Məhəmməd ibn Əli Əbu Abdulla əl-Hakim ət-Tirmizi (ərəb. الحسين الترمذي‎‎; təxm.755 — 869) — sufiliyin məşhur nümayəndələrindən biri, səksənə yaxın əsərin müəllifi. Dərin biliklərinə və geniş dünyagörüşünə görə əl-Hakim (müdrik) fəxri adına layiq görülmüşdür. Məhəmməd ibn Əli Əbu Abdulla–əl Hakim ət–Tirmizi şərqi İran sufizminin ən böyük nümayəndələrindən biri olmuşdur. Termez şəhərində doğulma tarixi məlum olmasa da «avtobioqrafiyasına» görə 8 yaşından başlayaraq çox ciddi səylərlə dini elmlərə yiyələnməyə çalışmışdır. İyirmi səkkiz yaşında Məkkə şəhərinə getmişdir. Məkkə ziyarətindən qayıdan Ət– Tirmizi sufi yolunu tutmuşdur. Özünü insanlardan təcrid edən Ət– Tirmizi mistik traktatları öyrənməyə başlamışdır. Sufizm– islamda mistik– asketik cərəyan hesab olunur və onun haqqında saysız– hesabsız kitab və məqalələr yazılmış və yenə də yazılmaqdadır. Artıq o çoxdandır islamşünaslığın müstəqil bir sahəsinə çevrilmişdir.
Ət-Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Ət-Təvvab
Ət-Təvvab (ər. التوّاب) — Allahın adlarından biri.
Ət Tibyan
"Ət-Tibyan fi təfsiril-Quran" hicri V əsrin böyük fiqh, hədis və kəlam alimi Şeyx Tusi kimi məşhur olan Muhəmməd ibn Həsən Tusinin yazdığı bir təfsirdir. Rəvayətləri nəql etməklə yanaşı, əqlə arxalanıb müxtəlif elmlərə diqqət yetirməklə özündən əvvəlkilərin və müasirlərinin təfsir görüşlərini dəyərləndirmişdir. Bu baxımdan Quran təfsiri ilə bağlı müxtəlif elmləri o cümlədən, sərf, nəhf, hədis, kəlam və tarix kimi elmləri əhatə edir. Bu təfsirdən öncə şiə təfsirçilər yalnız səhabə və ya İmamlardan (ə) rəvayətləri nəql etməklə və həmçinin lüğətlə bağlı bəzi məsələlərə işarə etməklə kifayətlənirdilər. Nümunə kimi Furat Kufinin, Əyaşinin, Əli ibn İbrahim Quminin təfsirlərini göstərmək olar. Əhli sünnət təfsirçiləri arasında da yalnız Təbəri başqalarının görüşlərini nəql etməklə yanaşı, onların tənqidinə və öz baxımından daha səhih olan rəvayətlərin seçiminə girişmişdir. "Ət-Tibyan fi təfsiril-Quran" surələrin tərtibinə əsasən bütün Quranın təfsiri olub 10 cilddə qələmə alınmışdır. Mufəssir hər surənin başlanğıcında onun adlarına, məkki və ya mədəni olmasına, nasix və mənsux ayələrin onda olub-olmamasına işarə etmiş, daha sonra qiraət ixtilaflarını, sözlərin lüğəvi mənalarını, ayələrdəki qrammatik məsələləri araşdırmış və nəhayət ayələrin tam mənasını şərh və təfsir etmişdir.
Ət qutabı
Ət (quzu və ya dana əti ilə) qutabı - Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri. Türkiyə və İran milli mətbəxində də aid edilir. Qədimdə dəvə ətindən hazırlanırdısa, müasir dövrümüzdə əsasən dana və qoyun ətindən bişirilir. 400 qr quzu və ya dana əti, 2 baş soğan, 20 qram lavaşana və ya 40 qr nar, 440 qr buğda unu, 100 qr yağ, sumaq, darçın, duz istiot zövqə görə. Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Yumşaq quzu və ya dana əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəklinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.
Ət işarəsi
@ işarəsi — elektron poçt simvolu @ işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompüter və İnternet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir. “@” işarəsini koreyalılar “ilbiz”, ruslar, ukraynalılar, moldavanlar “sobaçka” (balaca it), , türklər “qızılgül”, finlandiyalılar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası” və s. kimi adlandırırlar. Çində "@" heroqlifi həm də "ay ta" kimi oxunur və mənası "onu sev" deməkdir. @ işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ildə Francesco Lapi adlı florensiyalı bir tacirin yazdığı bir məktubda rast gəlinmişdir. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsini istifadə etmişdi. O zamanlarda, bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən @, daha sonra texnologiyalara da daxil oldu. Zaman üçün istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq "dənəsi 5 manatdan 10 məhsul" kimi bir tərif istifadə etmək yerinə "10 məhsul @ 5 manat" deməyə başladılar.
Came ət-təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Cami ət-Təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Cəbəl-ət-Tair
Cəbəl-ət-Tair (ərəb. جزيرة جبل الطير‎ — Cazira-Cəbəl-ət-Tair) — ada Babülməndəb boğazının şimal-qərbində yerləşən ovalvari ada. Ada Qırmızı dəniz suları ilə əhatələnmişdir. Eritreya və Yəmən arasında eyni məsafədə yerləşir. İnzibati cəhətdən Yəmənin Hodeyda muhafazasına daxildir. Adadan Yəmən sahillərinə qədər məsafə 115 km (71 mil), Erteriya sahillərinə qədər məsafə isə 150 (93 kil) təşkil edir. Kamaran adası ilə arasında məsafə isə 82 km təkil edir. Səudiyyə Ərəbistanına mənsub olan Farasan arxipelaqı isə adadan şimal-şərqdə yerləşir. Ada dünyanın nəhəng çatlarında birinin üzərində yerləşir Adada eyni adlı vulkan yerləşir. Cəbəl-ət-Tair strato vulkan olaraq 244 metr hündürlüyə malikdir Əvvəllər adanın adı Saiban olmuşdur.
Cəmi ət-Təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Gökcə ət-Türki
Gökcə ət-Türki (tam adı: İzzəddin Əbül-Müzəffər Gögcə ibn Əbdüllah ət-Türki) — Eldənizlərin vassallarından olmuşdur. İraqi Əcəmdə yəni İran ərazisində Xarəzmşahlara və Eldənizlərə qarşı fəal döyüş əməliyyatları aparmışdır. Bir müddət İraqi Əcəmi sultan titulu ilə idarə etmiş xəlifə ən-Nasir ilə müttəfiq olmuşdur. Xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı. Xarəzmşah Təkiş vəfatında sonra taxta oğlu Əlaəddin Məhəmməd keçdi. Xarəzm taxtında meydana gələn hökmdar dəyişikliyindən istifadə edən Gökcə, Özbək və Əbu Bəkr İraqi Əcəm bölgəsindəki fəallıqlarını artırdılar.
Məhəmməd ət-Təqi
Məhəmməd ibn Əli ət-Təqi (İmam Cavad, İmam Təqi; 12 aprel 811, Mədinə, Hicaz, Abbasilər xilafəti – 25 noyabr 835, Kazımiyyə[d], Bağdad, Abbasilər xilafəti) —
Rifa ət-Təhtəvi
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي‎; 15 oktyabr 1801 – 27 may 1873, Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu. İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Çavlı ət-Toğrul
Çavlı ət-Toğrul (?-1146) — Azərbaycan atabəyi. Atabəy Qara Sunqur hicri 535-ci ildə (1140/41) həyatını nöqtələdi. Ölümündən bir neçə gün əvvəl Sultan II Toğrulun məmlüklərindən Çavlı ət-Toğrulu öz yerinə Aran və Azərbaycanın hakimi təyin etmişdir Qara Sunqurun ölümünü xəbər alan Məsud, əmir Çavlıya fəxri libaslar və ünvanlar göndərərək onunla münasibətini yaxşılaşdırmaq istədi. Sultan, Çavlını Azərbaycan və Aranın hakimi təyin etdi. Çavlı, sultanın təklifini qəbul edib, Gəncədə qiyam qaldırmış Qutluqu ortadan qaldırıb bu ölkədəki üsyançı qüvvələri darmadağın etdi. O, Tovuz ətrafında üsyançıların ordusunu məğlub etdi. Çavlı 1146-cı ilə qədər Aran və Azərbaycanın Səlcuqlu əmiri olaraq mövqeyini qorudu. Bu vaxt Sultan Məsud əleyhində Rey hakimi Abbas ilə Fars və Xuzistan hakimi Boz Apa başçılığında yeni bir qiyam ortaya çıxdı. Onlar Çavlıya bir məktub yazıb onunla dostluq qurmaq istədilər, ancaq Çavlı sultanın tərəfində yer aldı. Sultan Məsud ilə vəziri Xass Bəy ibn Bələncərinin ona qarşı sui-qəsd planı ortaya çıxınca Çavlı da qiyam edən əmirlərin tərəfinə keçdi.
İqta ət-təmlik
İqta-ət-təmlik(bağışlanan iqta), şəxsin tam sahibliyinə verirlirdi və getdikcə irs olaraq keçirdi. Bu növ iqta sahibi üşr verirdi. Bu növ iqta, adətən, becərilməyən torpaqlardan, ya da sahibi ölmüş və varisi olmayan torpaqlardan verilirdi.
Əhməd ət-Ticani
Əbülabbas Əhməd bin Məhəmməd bin Muxtar bin Səlim ət-Ticani (1735 və ya 1737 – 1815, Fəs) — Ticaniyyə təriqətinin qurucusu Əhməd bin Məhəmməd 1737-ci ildə Əlcəzairin Tilimsan (Tləmsən) bölgəsindəki Aynimazi qəsəbəsində doğulmuşdu. Bölgəyə köç edən babası burada yaşayan Bərbəri Ticanə qəbiləsindən bir qadınla evləndiyindən ailəsi Ticani nisbəsiylə tanındı. Həyatı haqqındakı bilgilərin böyük bir qismi xəlifələrindən Əli Xarazimin 1802-ci ildə tamamlayıb ona təqdim etdiyi "Cəvahirül-məʿani" və yenə xəlifələrindən İbnül-Müşrinin "Kitabül-Cami"ʿ adlı əsərlərinə əsaslanır. Öz ifadəsinə görə soyu 2-ci imam Həzrəti Həsənə çatır. Ticani on altı yaşında ikən Aynimazidə müdərrislik edən atasını və anasını vəba epidemiyasında itirdi. Quran, hədis, Maliki fiqhi və ədəbi elmləri Tilimsanda oxuduqdan sonra Mərakeşə getdi. Burada Qədiri, Şazəli, Nasıri təriqətlərinin zikr halqalarına qatıldı. Mərakeşdə Şeyx Əhməd Habib bin Məhəmmədin, Səhra şəhərlərindən Abiddə beş il müddətinə Sidi Əbdülqadir bin Məhəmmədin xidmətində oldu. Ardından Tunisə gedib Azvavi zaviyəsində Xəlvəti şeyxi Mahmud bin Əbdürrəhmanın söhbətlərinə qatıldı. Bir il sonra Qahirədə Xəlvəti şeyxi Mahmud əl-Kürdi ilə tanış oldu.
Əhsən ət-Təvarix
"Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") — Səfəvi tarixçisi Həsən bəy Rumlunun 12 cilddən ibarət əsəri. Azərbaycan səfəvişünas-tarixçisi Oqtay Əfəndiyevin yazdığına görə, "I Şah Təhmasibin yarım əsrlik hakimiyyət dövrü heç bir mənbədə Həsən bəy Rumlunun əsərindəki dəqiqliklə ətraflı əks olunmayıb". Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsərinin son iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətən, istərsə də bir sıra Yaxın və Uzaq Şərq ölkələrinin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır. Rumlu tayfası Azərbaycan Səfəvilər dövlətinin yaranması və möhkəmlənməsi uğrunda gedən mübarizədə aktiv iştirak edən tayfalardan biridir. Səfəvilər dövründə bu tayfanın ən tanınmış başçıları Nur Əli Xəlifə, Piri bəy və Div Sultan olmuşdur. Həsən Rumlunun nəvəsi Əmir Sultan Təhmasibin yaxın əmirlərindən biri idi. Səfəviyyə təriqətinə bağlı xəlifələrə ümumi rəhbərliyi həyata keçirən xəlifətül-xüləfa mənsəbi uzun müddət rumlu tayfasının təmsilçilərinə məxsus olmuşdur. Rumlu tayfası yalnız idarəçi və hərbçilər deyil, türkcə və farsca şeirlər yazan Şahqulu bəy kimi şair, tərcümə etdiyimiz mənbənin müəllifi olan Həsən bəy kimi tarixçi də yetirmişdir.
Təsis ət-Təqdis
Əsas ət-təqdis ( ərəb. أساس التقديس‎, hərf. Allahın transsendensiyasını bəyan etmənin əsası) və ya Təsis ət-Təqdis (ərəb. تأسيس التقديس‎, hərf. Müqəddəsliyin əsası) — şafii-əşəri alimi Fəxrəddin Razi tərəfindən Kərrəmiyyə və digər antropomorfistlərin metodik təkzibi kimi yazılmış islam teoloji kitabı. Fəxrəddin Razi bu əsəri ifrat ənənəçi İbn Xuzeymə tərəfindən tərtib edilmiş "Kitab ət-Tövhid" əsərinə qarşı çıxmaq üçün yazmışdır. O, İbn Xuzeyməni "korporealist" adlandırmışdır. Book's page on Goodreads — Goodreads.com Dr.
Əsas ət-təqdis
Əsas ət-təqdis ( ərəb. أساس التقديس‎, hərf. Allahın transsendensiyasını bəyan etmənin əsası) və ya Təsis ət-Təqdis (ərəb. تأسيس التقديس‎, hərf. Müqəddəsliyin əsası) — şafii-əşəri alimi Fəxrəddin Razi tərəfindən Kərrəmiyyə və digər antropomorfistlərin metodik təkzibi kimi yazılmış islam teoloji kitabı. Fəxrəddin Razi bu əsəri ifrat ənənəçi İbn Xuzeymə tərəfindən tərtib edilmiş "Kitab ət-Tövhid" əsərinə qarşı çıxmaq üçün yazmışdır. O, İbn Xuzeyməni "korporealist" adlandırmışdır. Book's page on Goodreads — Goodreads.com Dr.
Salib ət-Türkman
Ledi Qaqanın ət geyimi
Ledi Qaqanın ət geyimi — ABŞ müğənnisi Ledi Qaqa tərəfindən 2010 MTV Video Musiqi Mükafatlarına geyindiyi çiy dana ətindən hazırlanan və mətbuatda "ət paltarı" olaraq adlandırılan geyim. Argentinalı dizayner Frank Fernandez tərəfindən hazırlanan və Nikola Formiçetti tərəfindən stilləşdirilən geyim, 2010-cu ildə "Time" jurnalı tərəfindən ən əhəmiyyətli moda hadisəsi adlandırılmışdır. Ət geyimi 2011-ci ildə Ledi Qaqanın digər geyimləri kimi arxivləşməsi üçün hazırlandı və qurudulmuş ət şəklində Rock and Roll Hall of Fame muzeyində sərgilənməyə qoyuldu. Mükafat mərasimindən sonra Ledi Qaqa geyimin insanların inandığı şeylər üçün mübarizə ehtiyacının bir ifadəsi olduğunu açıqladı və ABŞ ordusunun "Don't ask, don't tell" ("soruşma, demə") siyasətindən nifrət etdiyini də dedi. Geyim heyvan hüquqları müdafiəçiləri tərəfindən tənqid olundu. Mətbuat geyim ideyasının özünəməxsusluğunu müasir incəsənət və məşhur mədəniyyətdən bəhs edən nümunələrlə müqayisə etməklə mübahisə yaratdı. 2010-cu il Video Musiqi Mükafatlarında, Ledi Qaqa ümumilikdə 13 dəfə namizəd oldu, o cümlədən "İlin Video Klipi"nə iki nominasiya qazanaraq (bu müvəffəqiyyəti göstən ilk qadın sənətçidir) rekordları qırdı. Ətdən düzəlmiş don, papaq, ayaqqabı və çantadan ibarət olan geyimi geyinməmişdən əvvəl, Gaga Aleksandr Makkvinin geyimi ilə mərasimə gəldi və onu Giorgio Armani tərəfindən hazırlanmış qara paltar ilə əvəz etdi. Gaga ət geyimini "Bad Romance" üçün qazandığı "İlin Video Klipi" mükafatını alanda geyindi. Şerdən mükafatını alan Gaga, "Şerdən ət çantamı tutmasını rica etməyim ağlıma gəlməzdi." deyərək, zarafat etdi.
Timsah görünüşlü ət piroqu
Ət-Tayyib Əs-Salih
Ət-Tayyib Əs-Salih(ərəb. الطيّب الصالح‎) (1929 - 18 fevral 2009) — ən görkəmli Sudan yazıçılarından biri. Sudanın şimalında dünyaya gəlmişdir. Xartum Universitetini bitirdikdən sonra İngiltərədə London Universitetində təhsilini davam etdirmişdir. Kiçik fermer və dindar müəllim ailəsindən olan Ət-Tayyibin ilk məqsədi kənd təsərrüfatı sahəsində işləmək olmuşdur. Lakin, İngiltərəyə gəlməmişdən öncə radio verilişləri sahəsində çalışmışdır. O, həm roman, həm də kiçik hekayələr müəllifidir. Onun ən məşhur əsəri 1966-ci ildə Beyrutda nəşr etdirdiyi "Şimala köç fəsli" romanıdır ki, burada sudanlı tələbələrin İngiltərədən vətənlərinə qayıdış dövrünün gəlib çatması təsvir olunur. 2001-ci ildə əsər Dəməşqdəki Ərəb Ədəbiyyatı Akademiyası tərəfindən "XX əsrin ən məşhur ərəb romanı" elan olunmuşdur. Əsər ərəbcə yazılmış, sonradan isə, ingilis və fransız dillərinə tərcümə olunub.

Digər lüğətlərdə